Paşinyanın Qarabağ üzrə yeni hədəfi

26 İyun, 2018 12:17 | Siyasət | Baxış sayı: 378
Robert Koçaryan
Robert Koçaryan

Yeni baş nazirin son açıqlaması

Nikol Paşiyan Qarabağ klanının kökündən baltalayır.

Serj Sarkisyan prezident kürsüsündən qovulandan sonra onun Qarabağdan gələn çoxsaylı tərəfdarldarı ya işdən çıxarılıb, ya da həbs edilib.

İndi də növbə Qarabağdan olan başqa bir şəxsə - Ermənistanın ikinci prezidenti Robert Koçaryana çatıb. Bu barədə Paşiyan özü “Facebook”da çıxışı zamanı istifadəçilərin birinin sualına cavab verərək bildirib.

Baş nazirin sözlərinə görə, dinc mitinq iştirakçılarının güllələnməsində və korrupsiya əməllərində  ittiham edilən Koçaryanın məsələsi ilə istintaq orqanları məşğul olacaq. Əgər bütün bunlar sübut edilərsə, o da barmaqlıq arxasında olacaq.

Qeyd edək ki, İrəvanda “maydan” hadisələrində küçələrdə xaos yaranan zaman Robert Koçaryan öz həmyerlisi Serj Sarkisyanı dəstəkləyib və Paşinyan haqqında çox sərt ifadələr işlədib. Böyük ehtimalla, ən yaxın zamanda bunu ona xatırladacaqlar.