Prezident İlham Əliyevi onlar da təbrik etdi

26 May, 2020 10:20 | Siyasət | Baxış sayı: 22
İlham Əliyev - Azərbaycan Prezidenti
İlham Əliyev - Azərbaycan Prezidenti

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

İstiPress-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycanın ictimai həyatın bütün sahələrində əldə etdiyi uğurlu keyfiyyət dəyişikliklərinə görə ürəkdən şadam. Ölkənizin iqtisadi, sosial və digər sahələrdə nümayiş etdirdiyi sanballı nailiyyətlər beynəlxalq aləmdə etiraf edilib və dövlətinizin dünya arenasında mövqelərinin möhkəmlənməsinə şərait yaradıb.

Strateji tərəfdaşlıq, dostluq və müttəfiqlik ruhunda inkişaf edən Belarus-Azərbaycan münasibətlərinin əsasına çevrilmiş etimad və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olmasını qeyd etməkdən fərəh duyuram.

Əminəm ki, Belarus ilə Azərbaycan arasında uzunmüddətli səmərəli əlaqələrin möhkəmlənməsinə Sizin sanballı töhfəniz ölkələrimizin əhalisinin rifahı naminə ikitərəfli əməkdaşlıq potensialını reallaşdırmağa kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, həyat enerjisi, yeni uğurlar və nailiyyətlər, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm".

İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqa da  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

"Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına İsveçrə Federal Şurası və İsveçrə xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə və ölkənizin vətəndaşlarına xoşbəxtlik, rifah və yeni-yeni uğurlar arzulayıram.

Ölkələrimiz arasında yaxşı, etibarlı əlaqələr bizə əsas qlobal çağırışları, xüsusilə beynəlxalq əməkdaşlıq və həmrəyliyin hər zamankından daha vacib olduğu bir vaxtda, hazırkı COVID-19 pandemiyası dövründə birgə həll etməyə imkan verir.

Mən bu il yanvarın 22-də Davosda ölkələrimiz arasında güclü dostluq əlaqələrini yeniləməyə imkan verən fikir mübadiləmizi məmnuniyyətlə xatırlayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".