Zurabişvilinin oğlu özünə toy elədi - FOTO

26 May, 2019 15:47 | Siyasət | Baxış sayı: 153

Öz toyunda milli Qafqaz geyimində olub və gürcü ənənələri ilə evlənib

Gürcüstan prezidenti Salome Zurabişvilinin oğlu Teymuraz Qorcestani evlənib.

İstiPress-in məlumatına görə, bu barədə Gürcüstan prezidentin özü sosial şəbəkədə paylaşım edib. Teymuraz Parisdə Konstansa adlı xanımla ailə qurub. O, öz toyunda milli Qafqaz geyimində olub və gürcü ənənələri ilə evlənib.

Qeyd edək ki, Teymuraz Zurabişvilinin iranəsilli həyat yoldaşıyla ilk nikahından dünyaya gəlib. O, Nyu-Yorkda yaşayır və BMT-də işləyir. Prezidentin Ketevan adlı bir qızı da var. O isə Fransada jurnalistdir.