Xalq şairi xəstəxanaya yerləşdirildi

26 May, 2019 16:42 | Siyasət | Baxış sayı: 146
Musa Yaqub - xalq şairi
Musa Yaqub - xalq şairi

Reanimasiya şöbəsinə yerləşdirilib

Azərbaycanın Xalq şairi, 82 yaşlı Musa Yaqub səhhətində yaranan problemə görə bu gün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İstiPress-in məlumatına görə, şair xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onun xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd edək ki, M.Yaquba ötən gün Xalq şairi fəxri adı verilib.