Tiflisidə Müstəqillik gününün qeyd edilməsində problem yaşandı

26 May, 2019 18:06 | Siyasət | Baxış sayı: 161

Sərgi və pavilyonlar müvəqqəti bağlanıb

Gürcüstanın paytaxtı Tbilisidə hava şəraiti kəskin dəyişib.

İstiPress-in məlumatına görə, şəhərdə güclü yağış və külək müşahidə olunur.

Havanın pisləşməsi ilə bağlı Tbilisinin mərkəzi Rustaveli prospektində Müstəqillik günü ilə əlaqədar təşkil olunmuş sərgi və pavilyonlar müvəqqəti bağlanıb.

Güclü külək pavilyonlarda konstruksiyaların dağılmasına səbəb olub.

Tədbir təşkilatçıları hava şəraiti ilə bağlı bayram proqramına hələ hər hansı bir dəyişiklik etməyi planlaşdırmırlar.

Proqrama əsasən, saat 20:00-da bayram şənliklərinə qala konsertlə yekun vurulmalıdır.

Qeyd edək ki, bu gün Gürcüstanda Müstəqillik günü qeyd olunur.