Cəbhə xəttində son vəziyyət

26 May, 2019 10:35 | Siyasət | Baxış sayı: 100
Atəşkəsi  pozan erməni əsgərinə cavab verildi
Atəşkəsi pozan erməni əsgərinə cavab verildi

Düşmən Ermənistan ərazisindən də Azərbaycanın mövqelərini vurmağa başlayıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.

İstiPress Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Şıxlar, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.