Qobuda AXC-nin 100 illiyi qeyd edildi VİDEO, FOTOLAR

26 May, 2018 14:30 | Siyasət | Baxış sayı: 54
Qobu kəndində AXC-nin 100 illiyi qeyd edilib
Qobu kəndində AXC-nin 100 illiyi qeyd edilib

Sənətkarlıq evinin kollektivi musiqili kompozisiyalar hazırlayıb

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ərəfəsində ölkənin müxtəlif rayonlarında, şəhərlərində bayram tədbirlərinin keçirilməsi davam edir. 

Belə mərasimlərdən biri də Qobu kəndində baş tutub. Sənətkarlıq evi AXC-nin 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Sənətkarlıq evinin kollektivləri iştirak edib. Şagirdlər və yeniyetmələrdən ibarət kollektivlər müxtəlif musiqili kompozisiyalar hazırlayıblar.

Həmçinin inzibati binada AXC, onun qurucuları, eləcə də Qobu kəndinin ilk şəhidi, ilk milli ordunun döyüşçüləri olan, erməni daşnaqlarının kəndə daxil olmasına mane olan qobulular haqqında sənədlər, fotolar da nümayiş olunub.

İstiPress tədbirdən olan görüntüləri təqdim edir: