Ordusunu hazırlayan Tramp fikrini dəyişdi - Kimlə görüş olacaq

26 May, 2018 09:30 | Siyasət | Baxış sayı: 85
Donald Tramp
Donald Tramp

"Danışıqlar aparılır"

Ötən gün Şimali Koreya lideri Kim Çen Inla iyunun 12-də planlaşdırılan görüşünü ləğv etdiyini elan edən ABŞ prezidenti Donald Tramp fikrini dəyişib. İstiPress-in məlumatına görə, Tramp təxirə salınan görüşün baş tutmasının mümkün olduğunu bildirib. 

"ABŞ iki liderin planlaşdırılan vaxtda və yerdə görüşünün baş tutuması üçün KNDR ilə faydalı danışıqlar aparır". Bu barədə o, özünün "Twitter" səhifəsində yazıb. 

Xatırladaq ki, ötən gün ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina göndərdiyi məktubda 12 iyunda Sinqapurda keçirilməli olan ikitərəfli sammitdə iştirakdan imtina etdiyini bildirmişdi. Səbəbini isə Şimali Koreya liderinin son bəyanatında nümayiş etdirdiyi "böyük qəzəb və açıq düşmənçilik"lə əsaslandırmışdı. O, hətta həmkarını savaşla da hədələmiş və lazım olarsa ordusunun belə hazır vəziyyətdə olduğunu bildirmişdi.