Sarkisyan yenə istefa verməli oldu

26 Aprel, 2018 12:50 | Siyasət | Baxış sayı: 267
İrəvan
İrəvan

Erməni məmurlar ködmək üçün Rusiyaya qaçdılar

Vəziyyəti gərginləşən Ermənistanın dövlət rəsmiləri bir-birinin ardınca Rusiyaya üz tutublar. İstiPress-in məlumatına görə, Baş nazirin vəzifəsini icra edən Armen Qevorkyan bu gün Rusiyanın paytaxına yola düşüb. Onun bu gecə İrəvana qayaıdacağı deyilir. 

Ölkədə mitinqlərin keçirildiyi bir zamanda xarici işlər naziri Edvard Nalbandyan da Rusiyaya gedib. Onun hansı şəhərə səfər etdiyi isə bilinmir. 

Xatırladaq ki, Ermənistanda hökumətin istefası tələbi ilə aksiyalar ayın əvvəlindən başlayıb. Bu aksiyalardan sonra baş nazir seçilən Serj Sarkisyan istefa verməli olub. Nikol Paşinyanaın rəhbərlik etdiyi mitinqlərin əsas tələbi isə hakim Respublika partiyasının hakimiyyətdən uzaqlaşmasıdır.

Ermənistanda yeni baş nazirin seçimi isə may ayının 1-də ola bilər. Bu barədə Ermənistan parlamentinin inşaat komissiyasının rəhbəri Gevork Katanyan məlumat verib. Bu gün hakim partiyanın parlament fransiyasının iclası olub. Orada eks baş nazir, partiyanın hazırkı rəhbəri Serj Sarkisyan da iştirak edib. İclasda deputatlar razılaşıblar ki, franksiya ilkin şərtsiz istənilən məsələni bütün tərəflərlə müzakirə etməyə hazırdır.

Artıq Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyan hakim Respublika Partiyasının sədrliyindən də istefa verib.

Ölkənin Daxili İşlər Nazirliyi isə paytaxtdakı vəziyyətin təhlükəli hala gəlməsi barədə vətəndaşlara xəbərdarlıq edib. Bəyanatda deyilir ki. əgər arxasında hər şeyi dağıtmaq niyyəti dayanırsa istənilən inqilab mənasızdır. “Bu çətin günlərdə polis kiminsə tərəfində olmağa sövq edilir. Amma bu doğru deyil. Çünki biz stabilliyin zaminiyik. Bu gün baş verənlər böhranın daha da böyüməsinə səbəb ola bilər. Bundan isə bütün ölkə ziyan çəkə bilər”.