Putin Ramiz Mehdiyevə orden verdi

26 Aprel, 2018 10:40 | Siyasət | Baxış sayı: 138
Ramiz Mehdiyev
Ramiz Mehdiyev

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiyanın "Şərəf" ordeni ilə təltif edilib. 

Medalı ona Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Soçidə keçirilən təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin 9-cu beynəlxalq görüşü çərçivəsində təqdim edib. 

Bu barədə jurnalistlərə Rusiya Təhlükəsizlik Şurasının sədri Yevgeni Anoşin bildirib.

R.Mehdiyev Rusiya prezidentinin sərəncamına əsasən mükafatlandırılıb.