Ermənistanda işlər qarışdı FOTOLAR

26 Aprel, 2018 09:55 | Siyasət | Baxış sayı: 295
Ermənistanda aksiya
Ermənistanda aksiya

Paşinyan qələbə elan etdi, nazir işdən çıxb aksiyaçılara qoşuldu

Ermənistanda inqilab davam edir. Ancaq müxalifət lideri Nikol Paşinyan artıq xalqın qələbəsini elan edib. "Hakim partiya öz üzərinə hakimiyyətin təhvili ilə bağlı öhdəliklər götürməlidir. Bunu nə qədər tez edərsə, Ermənistan üçün bir o qədər yaxşı olar". Paşinyan baş nazir vəzifəsini icra edən Karen Karapetyana ölkədə fövqəladə vəziyyət elan edilməsi ilə bağlı xəbərdarlıq edib.

Mətbuatın məlumatına görə, ötən gün Rusiya prezidenti Vladimir Putin və Ermənistan dövlət başçısı Armen Sarkisyan telefonla ölkədəki vəziyyəti müzakirə ediblər. Hər iki prezident bildirib ki, məsələnin həllinə bütün siyasi partiyaların məsuliyyətli yanaşmalıdır. 

"Əgər hakimiyyət erməni maydançılarının əlinə keçərsə bunu Ermənistan dövlətinin çöküşü adlandırmaq olar". Bunu isə rusiyalı ekspert Qleb Kuznetsov deyib. Onun sözlərinə görə, Ermənistanın ətrafındakı dövlətlər bu halda heç bir razılığa, öhdəliklərinə əməl etməli deyillər. “Eyni bu hadisələr keçmiş SSRİ ölkələrinin də bəzilərində də olub. Gürcüstanda, Azərbaycanda, Ukraynada. Biz bunun necə bitdiyini bilirik. İrəvandakı hadisələr  istənilən yolla gedə bilər, o cümlədən ən təhlükəlisi ilə”.

Ekspert məşhur ifadəni də xatırladıb. “İnqilabın başlanğıcı var, amma sonu yox…"

İrəvan mitinqi
İrəvan mitinqi

Xatırladaq ki, ötən gündən başlayaraq İrəvandakı mitinqlər daha da genişlənib. Buna səbəb isə paşinyanla baş nazir vəzifəsini icra edən karen Karapetyan arasındakı danışıqların uğursuzluğu olub.

Hətta "Daşnaqstyün" partiyası da hakim partiya ilə koalisiyadan imtina edib. Erməni mətbuatının yazdığına görə, ölkənin idman və gənclərlə iş naziri Qraçya Rostomyan da etirazçılara qoşulmaq üçün istefa verib. Bu abrədə o öz "Facebook" səhifəsində yazıb.