Şimal rayonu Prezidentin təşəbbüsünə böyük həvəslə qoşulub

26 Mart, 2020 15:16 | Siyasət | Baxış sayı: 289

Ayrı-ayrı iş adamları, sahibkarlar bu təşəbbüsə öz paylarını qatıblar

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürülməsi kimi nəcib aksiyaya qubalılar da böyük həvəslə qoşulub.

IstiPress-in şimal bürosuna Quba İH başçısının müavini Səidə Abasovanın açıqlamasına görə, rayonda ayrı-ayrı iş adamları, sahibkarlar bu təşəbbüsə öz paylarını qatıblar:

"Rayonda fəaliyyət göstərən "Real "MMC, "Qubaekoaqrar" MMC, "Çaparxana" KFT MMC kimi özəl şirkətlər Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüblər",- deyə icra rəsmisi rayon İH rəhbərliyinin və kollektivinin də aksiyaya ianə köçürülməsində fəal iştirak etdiyini deyib.