Ermənistanı şok işğal planı – “Qolos Armenii”

26 Mart, 2020 14:14 | Siyasət | Baxış sayı: 5105
Ermənistanda narıncı inqilab - 2018-ci il
Ermənistanda narıncı inqilab - 2018-ci il

Baş nazir Nikol Paşinyan ölkəyə nəzarəti itirə bilər

Ermənistanda baş nazir Nikol Paşinyanı hakimiyyətdən salmaq üçün hərəkat başlayıb və əksər  populyar mətbuat orqanları ona qarşı açıq tənqidi hücumlara start veriblər.  

İstPress-in məlumatına görə, İrəvanda nəşr olunan üçdilli  “Qolos Armenii” portalı Nikol Paşinyanın hakimiyyətə gəlməsinin təfərrüatları ilə bağlı məqaləsində onu açıq mətnlə vətən xaini adlandırıb. Məqalə Ermənistanın 5 dildə nəşr olunan populyar saytı “News.am”da da dərc olunub.

Məqalənin elə başlığında Ermənistanın narıncı inqilabı təhqiramiz şəkildə qaçaqmal adlandırılır və bildirilir ki, Paşinyanı hakimiyyətə xalq yox, uzun illər qərbdən dəstək almış  qeyri-hökumət təşkilatları (QHT) gətirib. “Ermənistan artıq 2 ildir ki, xarici qüvvələr tərəfindən işğal edilib, bu qüvvə yardın çoxu xarici təsir agenti olan oyuncaq hökuməti  idarə edir”,- deyə məqalədə vurğulanır.  Məqalədə hətta o da bildirilir ki, 31 mart 2018-ci ildə Gümrüdən yola çıxan Nikol Paşinyan  Ermənistanın işğal tarixinin əsasını qoydu.

Naməlum adamlar Paşinyanın Gümrüdən yola çıxmasına həsr edilmiş heykəlinin başını kəsmişdi
Naməlum adamlar Paşinyanın Gümrüdən yola çıxmasına həsr edilmiş heykəlinin başını kəsmişdi

Ola bilər ki, bu məqalənin belə tirajlanması Ermənistanda Paşinyanın hakimiyyətdən salmaq istəyən hansısa qüvvənin öz tərəfdaşlarına mesacıdır. Yəni bildirmək istəyirlər ki, koronavirus pandemiyası artıq dünyada  şərtləri  dəyişib və Paşiyanın ən böyük dəstəkçisi qərbinq başı özünə qarışıb. Yəni müxalif qüvvələr Levon Ter-Petrosyanı yola saldıqları kimi Nikol Paşiyanı da hakimiyyətdən sala bilərlər. Təbii ki, nə baş verəcəyini yaxın aylarda görmək mümkün olacaq.