Şimal rayonlarında Xocalı hüznü

26 Fevral, 2020 17:28 | Siyasət | Baxış sayı: 129
 Xaçmazda "Xocalı harayı"
Xaçmazda "Xocalı harayı"

Anım mərasimləri Xocalı qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb

Erməni zülmünün dünyada analoqu olmayan sübutu - Xocalı faciəsinin 28-ci ildönümü şimal bölgəsi rayonlarında da ehtiramla yad edilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, artıq bir neçə gündür Qusar, Quba, Xaçmaz rayonlarında bu dəhşətli soyqırımın yad edulməsinə silsilə tədbirlərlə başlanılıb.

Qusar Xocalı soyqırımı qurbanlarını anır
Qusar Xocalı soyqırımı qurbanlarını anır

Qusarda bu gün Qusar şəhər mədəniyyət mərkəzində Qusar Dövlət Ləzgi Dram Teatrının  aktyorları Meyxoş Abdullanın "Əsir qadın" əsərinin  teatrlaşdırılmış tamaşasını izləyicilərə təqdim ediblər. Azərbaycan dilində hazırlanan tamaşanı rayon İH başçısı Şair Alxasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, müharibə veteranları kövrəkliklə izləyiblər. 

Qubada Xocalı soyqırımı dərin hüznlə anıldı
Qubada Xocalı soyqırımı dərin hüznlə anıldı

Hərbi vətənpərlik tədbirlərinin keçirilməsində fərqlənən Quba rayonunda da həftə ərzində Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilən silsilə tədbirlər baş tutub. Bu gün isə rayon ictimaiyyəti və rəsmilər Bəşir Səfəroğlu adına Quba şəhər mədəniyyət mərkəzinə yığışıb. Əvvəlcə faciənin dəhşətini əks etdirən rəsm əsərlərinin  sərgisinə tamaşa edilib. Sonra Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Quba İH başçısı Ziyəddin Əliyev 613 dinc insanın dəhşətli dərəcədə vəhşicəsinə qətlə yetirilən Xocalı soyqırımı barədə məruzə edib. Məruzədə bildirilib ki, müsəlman qanına susamış erməni vandalları Xocalıda düz 28 il əvvəl dünyada görünməmiş qanlı qiyam törədiblər və faciənin ağrı-acısı illər keçsə belə unudulmur. Sonra Quba mədəniyyət mərkəzinin "Könüllülər" teatrının üzvlərinin hazırladığı C.Məmmədquluzadənin "Kamança" əsəri tamaşaçılara təqdim olunub.

Xaçmaz Xocalı qurbanlarını anır
Xaçmaz Xocalı qurbanlarını anır

Xaçmaz rayonunda da Xocalı qətliamının qurbanları hörmətlə anılıb. Heydər Əliyev mərkəzində keçirilən anım mərasimi qurbanların bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Xaçmaz İH başçısı Elnur Rzayev və digər rəsmilər "Xocalı harayı" tamaşasına baxıb. Xaçmaz mədəniyyət mərkəzinin əməkdaşlarının ifasında göstərilən "Xocalı harayı" tamaşası izləyiciləri bir daha o qanlı-qadalı illərə aparıb.