Rusiya saytı Xocalıdan fotolar yaydı - 28 il öncə FOTO

26 Fevral, 2020 12:10 | Siyasət | Baxış sayı: 17333
Xocalı
Xocalı

Görüntülər "lenta.ru" saytında yerləşdirilib

Bu gün XX əsrin ən dəhşətli faciələrindən biri olan  Xocalı qətliamından 28 il ötür. 1992-ci ilin məhz bu günü işğalçı ermənilərin Azərbaycanın Xocalı şəhərində yaşlı, uşaq, qadın demədən yüzlərlə insanı faciəli şəkildə qətlə yetiriblər. 

Rusiyanın “Lenta.ru” saytı illərdir arxivində saxladığı Xocalı qətliamını əks etdirən fotoları dərc edib.

“28 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın Xocalı şəhərində faciə baş verib. Qarabağ münaqişəsinin qızğın vaxtında Ermənistan silahlı qüvvələri strateji əhəmiyyətə malik olan şəhəri mühasirəyə aldı və hücuma keçib. Bu əməliyyat dinc sakinlərin kütləvi ölümü ilə nəticələnib. Əsasən uşaqlar, qadınlar və qocalar olmaqla 600-dən çox azərbaycanlı qətlə yetirilib. Günahkarlar hələ də tapılaraq cəzalandırılmayıblar.

Xocalı faciəsi Dağlıq Qarabağdakı müharibənin ən qanlı və amansız epizodu adlandırılır”.

İstiPress Rusiya mətbautında dərc edilən fotoları oxucularına təqdim edir: Həmin fotoları təqdim edirik: