Prezident Xocalı abidəsinin yanında Mütəllibovla görüşdü YENİLƏNİB, FOTO, VİDEO

26 Fevral, 2020 13:47 | Siyasət | Baxış sayı: 1285
Xocalı abidəsinin ziyarəti
Xocalı abidəsinin ziyarəti

Xətai rayonundakı abidə önünə əklil qoyulub

Bu gün Xətai rayonunda Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edən prezident İlham Əliyev və birinci vitse-prezident mehriban Əliyeva Azərbaycanın eks sövlət başçısı olan Ayaz Mütəllibovla da görüşüb. Mütəllibov Azərbaycan rəsmiləri və hökumət üzvləri arasında olub.

Bu, Prezident İlham Əliyevlə keçmiş prezident Ayaz Mütəllibov arasında ilk görüşdür.

İlham Əliyev
İlham Əliyev

Saat 10:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Xocalı abidəsini ziyarət ediblər.

Prezident Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Ziyarətçilər arasında dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, habelə soyqırımından xilas ola bilmiş Xocalı sakinləri də var. 

Xatırladaq ki, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin ildönümüdür. Xocalı soyqırımından 28 il ötür.