İlham Əliyev: Ədalət zəfər çalacaq! VİDEO

26 Fevral, 2020 11:14 | Siyasət | Baxış sayı: 107
Xocalı
Xocalı

Prezidentdən Xocalı paylaşımı

Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı videoçarx paylaşılıb.Videoçarx "Ədalət zəfər çalacaq!" başlığı ilə yerləşdirilib. 

Xatırladaq ki, bu gün Xocalı faciəsinin törədilməsindən 28 il keçir. Səhər saatlarında prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva anım mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, faciə qurbanlarını yad edib.