Zurabişvili Azərbaycandan nə tələb edəcək?

26 Fevral, 2019 18:50 | Siyasət | Baxış sayı: 579
Salome Zurabişvili
Salome Zurabişvili

Gürcüstan hakimiyyətinin son bir aydakı siyasəti Azərbaycanın maraqları ilə tərs düşür

"Gürcüstanla Azərbaycan arasında xeyli müzakirə mövzusu var".

İstiPress-in məlumatına görə, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkədə Gürcüstan prezidenti Salome Zurabişvili fevralın 27-də Azərbaycana nəzərə tutulan səfərini müzakirə edərkən bildirib.

"Gürcüstanda erməni başkəsənə qoyulan abidə, “Azərbaycan qazının bahalığı” iddiaları, Ermənistana uzanan dəmiryolunun açılması perspektivi və s.",- deyə Elxan Şahinoğlu  Salome Zurabişvili ilə müzakirə ediləcək mövzuları sadalayıb.   

Politoloqun fikrincə, Gürcüstan hakimiyyətinin son bir aydakı siyasəti Azərbaycanın maraqları ilə tərs düşür. "Aydındır ki, bir səfərlə bu məsələlər həll olunmayacaq. Gürcüstan hökumətinin “Rusiya qazını ala bilərik” iddiaları rəsmi Bakını şantaj anlamı da daşıyır ki, satdığımız ucuz qazın qiymətini daha bir az ucuzlaşdıraq",- deyə politoloq vurğulayıb.