ANS Şirkətlər Qrupunun rəhbəri Xocalı faciəsini lentə alan reportyor kimi Türkiyə televiziyalarında çıxış edib
TRTXocalı soyqırımı anım günündə Türkiyənin də gündəmində olub. İstiPress-in məlumatına görə, soyqırımın 26-cı ildönümündə qardaş ölkənin bütün qabaqcıl media orqanları faciəyə geniş yer ayırıb. Ssenarist və rejissor Vahid Mustafa Yevin faciədən bəhs edən “Xoca” filmi, erməni vəhşilikləri barədə aparıcı televiziyalara, TRT kanalına, "İhlas", "Milliyət", "Haberler", "Hədəf Halk", "Türkiyə gazetesi" kimi qəzetlər, saytlar və agentliklərə açıqlama verib.
Türkiyə KİV-nin məlumatına görə, Xocalı faciəsinin motivləri əsasında lentə alınan film böyük marağa səbəb olub. Erməni vəhşiliyini lentə alan Milli Qəhrəman Çingiz Mustafayevin qardaşı, rejissor V.Mustafa Yev Xocalı qətliamı haqqında dünya ictimaiyyətinə daha çox məlumat ötürülməli olduğunu deyib.
“Çingiz Mustafayev reportyor kimi qətliamdan bir gün sonra görüntüləri lentə alıb və bütün dünyaya yayıb. Bu gün bütün dünya ictimaiyyətinin əlində bu görüntülər var və bunun sayəsində dünyanın hər yerində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı sübut edə bilirik. Amma qətliamın əsas səbəbi nə idi? Ermənilər Xocalıya nə üçün girdilər? Bunlar haqqında bir məlumat yox idi. Mən bütün bu sualların cavablarını araşdırdım, soyqırımdan sağ çıxmağı bacaran insanlarla görüşdüm və bundan sonra tarixi bir film çəkdim”.
Rejissor qeyd edib ki, lentə alınan ekran işi dünyanın bir çox yerində nümayiş edilib. Əsl mövzu iki gənc arasındakı sevgi münasibəti ilə başlayır. “Qəhrəmanlardan biri, hərbçi olan Ələkbər, digəri isə onun nişanlısı Güneldir. Sevgililərin evlənməsinə Xocalıda yaşanan qətliam imkan vermir. Bu sevgi münasibətinin fonunda erməni ordsunun Xocalıya girməsini, dinc sakinlərə divan tutmasını nümayiş etdirmişik. Film İngiltərə, Fransa, İtaliya, ABŞ, Kanada, eləcə də Avropanın bir çox ölkələrində nümayiş etdirilib. Bu filmlə ermənilərin türklərə qarşı törətdikləri soyqırımı açıq şəkildə göstərdik”.
Vahid Mustafayev deyib ki, film Türkiyədə də nümayiş edilib, böyük marağa səbəb olub, türk rejissorlar tərəfindən də müsbət qarşılanıb. “Hamımızın bir məqsədi var. Ermənilərin törətdiyi soyqırım haqqında daha çox film, sənədli ekran işləri, kitablar olmalıdır. Bu hadisələrlə bağlı dünya ictimaiyyətinə daha çox məlumat ötürməliyik.
Əgər bunu daha çox etsəydik, bir neçə gün öncə Hollandiya parlamentində qondarma erməni soyqırımı haqqında qətnamə qəbul edilməzdi. Əslində dünyaya bu mübarizədə kimin haqlı, kimin haqsız olduğunu əlimizdəki sənədlər, dəlillərlə isbat etməliyik”.
Bu gün V.Mustafa Yev daha bir neçə tanınmış kütləvi informasiya vasitəsində, o cümlədən TRT kanalında canlı yayımda müsahibə verib.