İrəvanda Rusiya ordusunun Ermənistandan çıxarılması tələb olundu

25 Dekabr, 2018 15:36 | Siyasət | Baxış sayı: 115
İrəvanda Rusiya əleyhinə aksiya
İrəvanda Rusiya əleyhinə aksiya

"Ölkənin hazırkı rəhbərliyi Rusiya barəsində əvvəlki hökumətlərin siyasətini davam etdirir"

Rusiyanın İrəvandakı səfirliyinin qarşısında keçirilmiş aksiyada Rusiya ordusunun Ermənistandan çıxarılması tələb olunub. 

İstiPress “news.am” portalına istinadən xəbər verir ki, azsaylı aksiya iştirakçılarının fikrincə, ölkənin hazırkı rəhbərliyi Rusiya barəsində əvvəlki hökumətlərin siyasətini davam etdirir. Qərb tərəfdarları Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisindən çıxarılmasını tələb ediblər.

Aksiyaya toplaşanlar öz tələblərini 2015-ci ildə rusiyalı hərbçi Valeri Permyakov tərəfindən Gümrüdə Avetisyan ailəsinin qətli, həmçinin bu yaxınlarda qadının öldürülməsi ilə izah ediblər. Onların fikrincə, 102-ci hərbi baza “yalnız Ermənistan vətəndaşları üçün deyil, həm də erməni dövləti üçün təhlükədir”.