Ermənilər yenə ruslara qarşı

25 Dekabr, 2018 14:02 | Siyasət | Baxış sayı: 79
Ermənistanda aksiya
Ermənistanda aksiya

Bu dəfə hədəf Rusiya hərbi bazasıdır

"Ermənistana qaz nəqli hər zaman Moskva tərəfindən bizim ölkəyə təzyiq vasitəsi kimi istifadə edilir”. Bu barədə Ermənistan milli bankının keçmiş rəhbəri Baqraq Asatryan bildirib. Onun sözlərinə görə, mavi yanacağın qiymətinin min kubmetrə görə 150 dollar olması yalandır. Asatryan iddia edir ki, qazın qiyməti minimum bundan 2 dəfə çoxdur. 

Baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın Moskvaya səfəri ərəfəsində Ermənistandakı Rusiya müəssisələrinə təzyiq əhəmiyyətli dərəcə artıb. Erməni mətbuatı yazır ki, bu gün İrəvanda Rusiya səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. Onun təşkilatçıları müxtəlif siyasi partiya və bloklardır. Söhbət ancaq qazdan getməyib. Onlar həm də biganə münasibətlərdən, Rusiyanın Gümrüdəki bazasından narazılıqlarını dilə gətiriblər. 

Təşkilatçılar düşünürlər ki, Rusiya hərbi bazası Ermənistan sakinlərinin həyatı üçün təhlükə yaradır. Ehtimal ki, Rusiya səfirinə etiraz petisiyası da təqdim ediləcək.

Rusiya paytaxtında danışıqlara getməyə hazırlaşan Paşinyan isə iki ölkə arasında müzakirə olunmalı xeyli məsələ yarandığını deyib. Bunları Ermənistanın xeyrinə həll etmək lazımdır.  

Çətin ki, etiraz aksiyaları yolu ilə İrəvan Moskvanı qorxuda bilsin. Əksinə, hətta yerli ekspertlər hesab edirlər ki, bu vəziyyət münasibətlərə daha çox ziyan vuracaq.