Ərdoğan Trampı Türkiyəyə çağırdı

25 Dekabr, 2018 10:07 | Siyasət | Baxış sayı: 36
D.Tramp və R.T.Ərdoğan
D.Tramp və R.T.Ərdoğan

Səfər gələn il baş tuta bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dövlət başçısı Donald Trampı 2019-cu ildə ölkəsinə dəvət edib. İstiPress-in məlumatına görə, bu barədə "Reuters" Ağ evin nümayəndəsi Hoqan Qidliyə istinadla məlumat yayıb. 

"Hələlik heç nə dəqiq planlaşdırılmayıb. Prezident gələcəkdə potensial səfər təkliflərinə açıqdır". 

Türkiyə prezidentinin sözcüsü İbrahim Kalın da açıqlamasında Ərdoğanın telefon danışığı zamanı Trampı dəvət etdiyini bildirmişdi. Onun sözlərinə görə, Tramp təklifə müsbət yanaşıb və 2019-cu ildə mütləq səfər edəcəyini ifadə edib.

Xatırladaq ki, bundan öncə prezident Tramp Ərdoğanla Suriya, İŞİD məsələləri ilə bağlı məhsuldar danışıqlar keçirdiklərini bildirmişdi.

İki lider son dəfə ötən ilin may ayında Ağ evdə bir araya gəlib. Bundan başqa bu il noyabrda Argentinada keçirilən G20 sammitində 50 dəqiqəlik görüş də həyata keçiriblər.