Ərdoğan Putinlə görüşə gedir

25 Dekabr, 2018 14:50 | Siyasət | Baxış sayı: 72
Ərdoğan və Putin
Ərdoğan və Putin

Kreml isə xəbərsizdir

"Bu gün, sabah Moskvaya səfərim olacaq". İstiPress-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan yaxın günlərdə Rusiyaya səfəri çərcivəsində həmkarı Vladimir Putin ilə üz-üzə görüşün planlaşdırıldığını da qeyd edib. İki liderin görüşünün əsas müzakirə mövzusunun isə Suriya olacağı gözlənilir. 

Kreml isə yaxın günlərdə Putinin Ərdoğanla görüşünün nəzərdə tutulmadığını açıqlayıb. Bu barədə prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlama verib. "Hələlik qrafikdə belə razılaşma yoxdur".