Putin Əliyevə zəng etdi

25 Dekabr, 2017 08:16 | Siyasət | Baxış sayı: 74
Vladimir Putin
Vladimir Putin

Rusiya lideri azərbaycanlı həmkarını təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

İstiPress-in məumatına görə, Vladimir Putin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.