Prezident İlham Əliyev ad gününü belə qeyd etdi FOTOLAR

25 Dekabr, 2017 08:45 | Siyasət | Baxış sayı: 535
Prezident İlham Əliyev nəvələri ilə
Prezident İlham Əliyev nəvələri ilə

Dövlət başçısı nəvələrinin əhatəsində

56 yaşı tamam olan Azərbaycan prezidenti İlham Əliyev ad gününü ailəsi ilə birlikdə qeyd edib. İstiPress-in məlumatına görə, dövlət başçısının ad günü mərasimindən olan fotolar böyük qızı, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın adına "İnstagram" səhifəsində paylaşılıb.

Fotolarda İ.Əliyevin nəvələri, həyat yoldaşı, qızı və oğlunun əhatəsində olduğu görünür. Ailə üzvləri onun ad günün tortla təbrik ediblər. Nəvələri Əli və Mikayıl isə babalarına Azərbaycan bayrağı formasında olan hədiyyələr verib. 

İstiPress prezidentin ad günü mərasimindən olan fotoları təqdim edir. 

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ. Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.

1985-ci ildə dissertasiya müdafiə edən İ. Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyevyenidən Azərbaycan Respublikasının prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində isə növbəti dəfə qələbə qazanıb.