Ermənistandan Türkiyəyə aparılan qızlar

25 Dekabr, 2017 19:26 | Siyasət | Baxış sayı: 766
Erməni qizlar
Erməni qizlar

Erməni qadının Türkiyədə qurduğu cinsi istismar imperiyası

Ermənistan ənənəvi olaraq insan alverinə mənbə rolunu oynayıb.

İstiPress-in məlumatına görə, bu barədə “1in.am” portalına müsahibəsində Ermiənistan təşkil olunmuş cinayətlə mübarizə idarəsinin insan alveri ilə mübarizə şöbəsinin rəisi Vaçe Ovsepyan bildirib.

Onun sözlərinə görə, erməni kişiləri əsasən Rusiyaya əmək istismarı üçün, erməni qadınları isə Türkiyədə və Birləşmiş Ərəb Əmirlikləri üçün aparılır. Vaçe Ovsepyan bildirib ki, bu il Türkiyəyə aparılmış qızlardan birinin işi üzrə cinayət işi qaldırılıb. 

Matilda Manukyan - Türkiyənin fahişəxanalar kraliçası
Matilda Manukyan - Türkiyənin fahişəxanalar kraliçası

Qeyd edək ki, Türkiyədə qadınların cinsi istismarı biznesinin başında əsasən ermənilər dayanır. Bu, Türkiyənin fahişəxanalar kraliçası məşhur Matilda Manukyanın fəaliyyəti ilə bağlıdır.  İstanbulda fransız litseyi bitirmiş Matilda Manukyan əri öldükdən sonra fahişəxana biznesinə daxil olmuşdu.  Bu sahədə böyük pullar qazanmış Matida Manukyan 2001-ci ildə dünyasını dəyişən zaman 37 fahişəxanaya sahib idi. O dəfələrlə Türkiyənin ən çox vergi ödəyən qadını olmuşdu.

Öləndən sonra biznesinə oğlu Kerop Çilingir rəhbərlik edir.