Ərdoğanı qorxuya saldılar VİDEO

25 Dekabr, 2017 10:40 | Siyasət | Baxış sayı: 265
Ərdoğan Şırnakda
Ərdoğan Şırnakda

Prezident əli ilə qorunmağa çalışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türklərlə görüşü zamanı qorxulu anlar yaşayıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, buna səbəb onu qucaqlamaq istəyən bir kişi olub. 

Ərdoğan partiyasının konqresində iştirak etmək üçün Şırnaka gedib. O, konqresdə iştirak edib, nitq söyləyib. Çıxışını tamamladıqdan sonra isə əl yelləyərək ərazini tərk etmək istəyib. Elə bu zaman bir gənc ildırım sürəti ilə səhnəyə çıxaraq onu qucaqlamaq istəyib. Onun ani hərəkətindən Ərdoğan özü də şoka düşüb və üz ifadəsi dəyişərək gənci əli ilə geri itələməyə çalışıb. Prezidentə qarşı sui-qəsd olduğunu zənn edən cangüdənlər bir necə saniyə içərisində onu aralaya biliblər. 

Ərdoğanı qorxudan şəxsin yük maşını sürücüsü Hüseyn Dəmircan adlı şəxs olduğu bəlli olub. Polisdəki ifadəsində Dəmircan ailəsindən 13 nəfərin şəhid olduğunu, Yeganə məqsədinin idealı hesab etdiyi Ərdoğanı qucaqlamaq olduğunu deyib.