Bu ölkə ABŞ-ın şantajına boyun əydi

25 Dekabr, 2017 11:02 | Siyasət | Baxış sayı: 228
Qüds
Qüds

Səfirlik Qüdsə köçürülür

Qüdslə bağlı daha bir ölkə ABŞ-ın təhdidinə boyun əydi. İstiPress-in məlumatına görə, BMT-də Qüdslə bağlı keçirilən səsvermədə əleyhinə ABŞ-a dəstək məqsədilə qərarın əleyhinə səs verən Qvatemalanın dövlət naziri Cimmy Morales ölkəsinin də İsraildəki səfirliyini Qüdsə köçürəcəyini açıqlayıb. O, baş nazir Binyamin Netanyahu ilə danışdığını, səfirliyin köçürülməsi üçün lazımi təlimatlar verdiyini açıqlayıb. 

Xatırladaq ki, BMT-də keçirilən səsvermə zamanı cəmi 9 ölkə ABŞ-ı dəstəkləyib. 128 ölkə, o cümlədən Azərbaycan Qüdsün İsrailin paytaxtı kimi tanaınmasının əleyhinə səs verib. 

Səsvermə zamanı bitərəf qalan ölkələrdən biri - Runıniya da qərarından şübhə etməyə başlayıb. Belə ki, iqtidardakı Sosiyal Demokrat Partiyasının lideri Liviu Dragnea həftəsonu verdiyi açıqlamasında səfirliyin Qüdsə köçürülməsi məsələsini ciddi düşünmək lazım olduğunu dilə gətirib. Onun sözlərinə görə, İsrailin bütün idarələri Qüdsdə yerləşir. Diplomatlar hər hansı iş üçün Təl-Əvivdən bu şəhərə getməli olurlar. 

Xatırladaq ki, D.Tramp Qüdsü İsrailin paytaxtı kimi tanınması haqqında qəraraını dekabrın 6-da verib.  O, ölkəsinin səfirliyinin bu şəhərə köçürüləcəyini elan edib.