Azərbaycan cəbhədə erməni qurğusunu məhv etdi

25 Dekabr, 2017 15:25 | Siyasət | Baxış sayı: 241
Ermənilərə məxsus PUA
Ermənilərə məxsus PUA

Qurğu kəşfiyyat aparmaq istəyib

Ermənistana məxsus PUA məhv edilib. Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, bu gün günorta saatlarında cəbhənin Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

PUA Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Pilotsuz uçuş aparatı (PUA) məhv edilib.