Almaniyadan Ermənistana gözlənilməz Qarabağ zərbəsi

25 Noyabr, 2019 16:59 | Siyasət | Baxış sayı: 3300
Qarabağda döyüş - aprel 2016-cı il
Qarabağda döyüş - aprel 2016-cı il

Berlin ilk dəfədir erməni maraqlarını belə açıq atəşə tutur

Almaniyanın qaçqınlar və miqrasiya üzrə federal komitəsinin dərc etdiyi hesabatda Qarabağ avantürasının Ermənistana gətirdiyi böyük fəlakətdən bəhs edilir.

İstiPress-in Rusiyada nəşr olunan “Vestnik Kavkaza” portalına istinadən verdiyi məlumata görə, hesabatda bildirilir ki, Qarabağ müharibəsindən ax sonra - artıq 1991-ci ildə Ermənistanı 1 milyona yaxın adam birdəfəlik tərk etmişdi.

“Sonrakı üç ildə - Qarabağda fəal döyüşlər getdiyi zaman iqtisadi fəlakəıt üzündən Ermənistanı daha 497,5 min adam tərk etdi”,- deyə məqalədə bildirilir.

Bununla da Almaniya dövlətini təmsil edən federal komitənin hesabatında açıq vurğulanır ki, Ermənistanda heç də  rəsmi statistikada göstərildiyi kimi 3 milyona yaxın insan yaşamır - artıq 1994-cü ildə Ermənistanda real əhali sayı təxminən 2,2 milyonun ətrafında olub. Bu, doğrudur, həmin illərdə MDB məkanında erməni miqrantlar arasında belə bir satirik ifadə dəbdə idi: “İrəvandan axırıncı çıxan hava limanında işıqları söndürsün”.

Amma Fransanın erməni diasporunun təmsilçiləri bir neçə il qabaq İrəvanda keçirilən diaspora forumunda  ölkədə real olaraq 1,4 milyon adamın yaşadığını bildirirdilər ki, məqalədə bu məsələyə də toxunulub. Qeyd edilir ki, Ermənistan iqtisadi problemlər üzünhən hər il on minlərlə insan itirir.

Hesabatda həm də xüsusi vurğulanır ki, Ermənistanın apardığı etnik təmizləmə üzündən azərbaycanlılar bu respublikanı tərk etməyə məcbur oldular, həmçinin Qarabağ uğrunda müharibə nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərini də azərbaycanlılar tərk etməli oldular.

Berlin ilk dəfədir erməni maraqlarını belə açıq atəşə tutur. İndiyə kimi Qərbdə Qarabağ münaqişəsinə xristian qardaşlarının azadlıq mübarizəsi tonu vermək dəbdə idi. Amma bu sənəddə Ermənistan açıq-aydın işğalçı və etnik təmizləmə aparan ölkə kimi tanıdılır ki, bu da Azərbaycanan Qərbi Avropa üçün önəminin artdığını göstərir.