Qarabağdan işğalçı İrana qaçdı

25 Oktyabr, 2019 13:21 | Siyasət | Baxış sayı: 137
Erməni hərbçi
Erməni hərbçi

9 ay xidmət edən hərbçi yoxa çıxıb

Ermənistandan olan daha bir hərbçi xidmət etdiyi hərbi hissəni özbaşına tərk edərək qaçıb. Bu barədə erməni mətbuatı yazır. Hərbçi haqqında 3 gündür ki, məlumat yoxdur.

Qohumlarının sözlərinə görə, o 9 ay xidmət edib. Qısamüddətli məzuniyyəti zamanı hərbi hissədən, komandirindən çox şikayət edib. 

Bəzi məlumatalara görə, hərbçi İrana qaçıb. Ermənistan Müdafiə nazirliyinin mətbuata xidmətinin rəhbəri bildirib ki, itkin düşən hərbçi axtarılır.

Mətbuat isə bunun ordunun hərbçilərini itirməsi ilə bağlı ilk hal olmadığını yazır. Onlar sadəcə qaçırlar...