Putin Bakıdakı sammitin iştirakçılarına təbrik məktubu göndərdi

25 Oktyabr, 2019 15:56 | Siyasət | Baxış sayı: 66
Vladimir Putin
Vladimir Putin

Rusiyanın dövlət başçısı ədalətli çoxqütblü dünya nizamının qurulmasını dəstəklədiyini deyib

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 25-də Bakıda öz işinə başlamış Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün iştirakçılarına təbrik məktubu ünvanlayıb.

İstiPress-in məlumatına görə, "Kremlin.ru" saytı xəbər verir ki, Rusiyanın dövlət başçısı Moskvanın ədalətli çoxqütblü dünya nizamının qurulmasına, hamı tərəfindən tanınmış hüquq normaları və tərəfdaşların qanuni hüquqlarının tanınmasına əsaslanan bərabərhüquqlu beynəlxalq dialoqun və əməkdaşlığın inkişafına yönəlmiş Qoşulmama Hərəkatının fəaliyyətini dəstəklədiyini bildirib.

V.Putin qeyd edib ki, Zirvə Görüşü mürəkkəb beynəlxalq şəraitdə, dünyanın bir sıra regionlarında silahlı münaqişələrini alovlandığı və bunun da bir çox problemi, o cümlədən yoxsulluq və aclıqla mübarizəni əngəllədiyi vaxtda keçirilir. O, əmin olduğunu bildirib ki, Rusiya Federasiyası ilə Qoşulmama Hərəkatı arasında gələcək əməkdaşlıq regional və qlobal səviyyədə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək.