Ərdoğandan ABŞ-a Mazlum reaksiyası

25 Oktyabr, 2019 09:55 | Siyasət | Baxış sayı: 92
R.T.Ərdoğan
R.T.Ərdoğan

"ABŞ onu bizə verməlidir"

"Mazlum adlı terrorçu qırmızı bllütenlə axtarılır.  ABŞ onu Türkiyəyə təhvil verməlidir". Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın terrorçu PKK/YPG-PYD-nin Suriyadakı komandanı Mazlum Kobani ilə əlaqəsinə sərt reaksiya verib. 

Onun sözlərinə görə, bunları Donald Trampın özünə şəxsən danışıblar. "Sizdən incimişik. Terrorçularla məktublaşırsınız, öz məktubunuza əlavə edib bizə də göndərirsiniz" dedim. heç nə deyə bilmədi. "Zaman zaman görüşürsünüz, aldığınız nəticəni deyə bilərsiniz?" deyə sual verdim. Nəticə yox.

Aramızda cinayətkarların təhvil verilməsinə dair anlaşma var. Qırmızı bllütenə görə Amerika onu bizə verməlidir".

Qeyd edək ki, Mazlum Kobani PKK rəhbəri Abdulla Öcalan onu "mənəvi övladı" hesab edilir.