Putin Bakıda keçirilən Forum barədə

25 Oktyabr, 2018 15:31 | Siyasət | Baxış sayı: 167
Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Azərbaycan paytaxtına məktub göndərib

 Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Forum iştirakçılarına ünvanladığı məktubu oxunub.

İstiPress-in məlumatına görə, məktubu Rusiya Federasiyası Hökumətinin sədri müavini Olqa Qolodets səsləndirib.

Məktubda deyilir: "VI Bakı Humanitar Forumunun qonaqları Forumun açılışı münasibətilə sizləri salamlayıram. Artıq VI dəfədir ki, Bakı bu foruma ev sahibliyi edir.

Burada müzakirə olunan mövzular əhəmiyyətlidir. Burada müxtəlif aktual məsələlərin müzakirəsi, təhsil, informasiya təhlükəsizliyi və digər məsələlər müzakirə olunacaq. Forumun iştirakçılarına ən xoş arzularımı çatdırmaq istəyirəm".

Hazırda Forum işini davam etdirir.