NATO-dan Rusiyaya "göz dağı"

25 Oktyabr, 2018 09:50 | Siyasət | Baxış sayı: 177
NATO qüvvələri
NATO qüvvələri

Rusiyanın bir addımlığında "soyuq savaş"dan sonrakı ən böyük təlim başladı

NATO "soyuq savaş"dan sonrakı ən böyük təliminə başlayır. Təlimlər ABŞ prezidenti Donald Trampın Rusiya ilə  orta mənzilli nüvə qüvvələri anlaşmasından (INF) çəkilməsi fonunda start götürür.

Norveçdə keçiriləcək "Trident Juncture 18" təlimində 31 ölkədədn 250 təyyarə, 65 gəmi və 50 min hərbçi qatılacaq. Təlimlər zamanı həmçinin İsveç və Finlandiyanın da hava məkanından istifadə ediləcək. 

Noyabrın 7-dək davam edəcək təlimin məqsədi NATO-nun imkan və bacarıqlarını nümayiş etdirmək, taktiki səviyyədə birləşmələrin təlimini artırmaq, müttəfiq ölkələr arasında təcrübə mübadiləsini təmin etməkdir. 

NATO-nun tədbirinin Rusiya sərhəddən min km məsafədə keçirməsi, hava əməliyyatlarının isə 500 km-dən uzaq olmaması rəsmi Moskvanı da narahat edir. Lakin alyans narahatçılıq üçün heç bir səbəb olmadığını iddia edir. 

"Trident Juncture 18" "soyuq savaş"dan sonra NATO-nun keçirdiyi ən böyük təlim olsa da, Rusiyanın bu il Çin və Monqolustan ilə birlikdə keçirdiyi "Vostok 18"ə çata bilməyib. Rəsmi məlumata görə, "Vostok 18"ə ancaq Rusiyadan 300 min hərbçi qatılmışdı. Təlimdə mindən çox təyyarə, helikopter, 80 savaş və logistika gəmisi, aralarında tankların da olduğu 36 min hərbi texnika iştirak edirdi.