Homoseksuallar İrəvana toplaşır

25 Oktyabr, 2018 12:28 | Siyasət | Baxış sayı: 60
LQBT üzvləri
LQBT üzvləri

Paşinyanın yeni "baş ağrısı"

Noyabr ayının 15-dən 18-dən İrəvanda  LQBT-nin “LQBT- Şərqi Avropa və Mərkəzi Asiya xristianları” adlı 11-ci forumu keçiriləcək. Bu forumun təşkilatçıları “Yeni nəsil” adlı QHT-dir. Artıq “tədbir” ilə əlaqədar Ermənistandan etiraz sədaları yüksəlməyə başlayıb. İnsanlar bu tədbirin ləğv edilməsini, eləcə də Avropa dəyərləri adı altında gənclər arasında qeyri-ənənəvi orientasiyanın təbliğinin qarşısını almağı tələb edirlər.

Bu məsələ ölkənin baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı da çətinə salıb. O, bildirib ki, hökumətə bunun nə forum olduğu, kim tərəfindən təşkil edilməsinin araşdırılması barədə göstəriş verib. “Əgər sənədlər qaydasındadırsa, biz heç nəyi qadağan etməyi planlaşdırmırıq”.

Bundan başqa Paşinyan parlamentdə eynicinslilərin sevgisinə pis baxıldığı üçün Ermənistan qaçmağa vadar olan iki gənc oğlanın hekayəsini danışmaqla insanları yumşaltmağa çalışıb. 

Özünü itirən Paşinyan vəziyyətdən çıxış yolu tapmağa çalışıb. Hətta tapıb da... Həm də ermənisayağı. “Gəlin mümkün qədər az formada bu problemi qabardaq. Elə bilək ki, o həm var, amma yox kimidir”.

İnqilabçı nazir yaxşı anlayır ki, qərbin tələb etdiyi kimi LQBT-yə imkan vermək öz xalqının ənənələrinə qarşı çıxmaqdır. Belə olarsa vətəndaşların böyük əksəriyyəti isə ona qarşı çıxmağa başlayacaq və onun reytinqini salacaq. Başqa tərəfdən hansısa tədbir görməklə Paşinyan və komandasının can atdığı Avropanı hiddətləndirmək mümkündür.  

Nəticədə Paşinyan özü üşün hər şeyi asanlaşdırıb – “Nə etmək lazımdır?” sualından qaçıb və bütün məsuliyyəti xalqın üzərinə atıb.