Erməni generalın baldızı intihar elədi

25 Oktyabr, 2018 14:55 | Siyasət | Baxış sayı: 69
Davidaşen körpüsü - İrəvan
Davidaşen körpüsü - İrəvan

Onun meyiti İrəvandakı Davidaşen körpüsünün altından tapılıb

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın baldızı Luiza Xaçatryan intihar edib. 

İstiPress-in məlumatına görə, Ermənistan KİV-inə istinadən xəbər verir ki, onun meyiti İrəvandakı Davidaşen körpüsünün altından tapılıb.

Ölkənin İstintaq Komitəsinin mətbuat katibi Sona Truzyan bildirib ki, 45 yaşlı qadının intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, L.Xaçatryan Yerevanda xəstəxanalardan birində həkim işləyirmiş.