Bolton İrəvanda Qarabağ şərti qoydu: Azərbaycanla razılaşın

25 Oktyabr, 2018 19:24 | Siyasət | Baxış sayı: 640
Azərbaycan tankları
Azərbaycan tankları

Ermənistanın əraziləri işğal edilsə belə, KTMT-yə müdaxilə hüququ verilməyəcək

Ermənistandakı indiki vəziyyət Qarabağ məsələsi üzrə qarşılıqlı əlverişli olan sazişin bağlanmasının vacibliyini vurğulayır.

İstiPress-in məlumatına görə, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton İrəvanda “Azadlıq” radiosunun erməni redaksiyasının direktoru Hrayr Tamrazyana verdiyi eksklüziv müsahibədə bildirib.

Tamrazyan ona Ermənistanın düşdüyü ağır vəziyyətdən çıxış yolları barədə sual verib: “Bizi əhatə ölkələr indiyə kimi Ermənistanı mühasirədə saxlayırlar. Biz bilirik ki, Azərbaycanla bu, Dağlıq Qarabağ münaqişəsi üzündən baş verir. Türkiyə də Ermənistanı blokadada saxlayır, çünki Azərbaycanla sıx əlaqələri var… Ermənistan üçün nə kimi variantlar görürsünüz?”

Boltonun cavabı dəqiq olub:  “Mən düşünürəm ki, indiki vəziyyət Dağlıq Qarabağ məsələsi üzrə qarşılıqlı əlverişli olan sazişin bağlanmasının vacibliyini vurğulayır, çünki bu, baş verən kimi Ermənistan-Azərbaycan sərhədi açılacaq. Türkiyə sərhədi, mənim fikrimcə, elə həmin an açılacaq”.

Con Bolton (sağda) İrəvanda "Azadlıq" radiosunun erməni redaksiyasına müsahibə verir
Con Bolton (sağda) İrəvanda "Azadlıq" radiosunun erməni redaksiyasına müsahibə verir

ABŞ təmsilçisi Ermənistanın Gürcüstanla indi açıq olan sərhədlərinin elə də etibarlı olmadığını vurğulayıb: “Mən düşünürəm ki, belə olan da Gürcüstana Rusiyanın təzyiqi üzündən bu ölkə ilə  sərhədlə bağlı qayğılarınız da az olar”.

Boltonun  bu müsahibəsi və İrəvanda verdiyi digər açıqlamalar erməni şərhçiləri çox məyus edib. Məsələn, populyar “Lragir” portalının şərhçisi Naira Ayrumyan Con Boltonun səfəri ildə bağlı yazdığı məqaləni “Bolton Qafqazda əsəblərlə blyuz oynayır” başlığı altında vermişdi.    

Müsahəbədən göründüyü kimi, Bolton açıq şəkildə bildirir ki, Ermənistan Azərbaycanı razı salan sazişə qol çəkməlidir və qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmaladır ki, vəziyyəti düzəlsin. Bu fikri ABŞ-ın Ermənistandakı keçmiş səfiri  Riçard Mills də açıq şəkildə bildirmişdi və Ermənistanın əraziləri qaytarmaq üzrə müzakirələrə başlamasını vacib saymışdı.

Yəni ermənilərin torpaqları qaytarmağı məsləhət görən, bunun üçün Lavrov planı ilə çıxış edən Rusiyanın qanadı altından qaçıb ABŞ-a sığınmaq istəyi uğursuz nəticələnib. Ermənistanın yalnız bir yolu qalıb - işğal etdiyi rayonların bir qismini qaytarmalıdır ki, həmsədrlərin rəhbərliyi altında sülh danışıqlarını davam etdirsin. Əks halda, Azərbaycana müharibə hüququ veriləcək və bu müharibədə hətta Ermənistanın əraziləri işğal edilsə belə, KTMT-yə müdaxilə hüququ verilməyəck.