Azərbaycanın ən yaxın qonşusundan NATO və ABŞ-ı hiddətləndirəcək açıqlama

25 Oktyabr, 2018 13:00 | Siyasət | Baxış sayı: 486
"S-400"
"S-400"

"S-400"lərin quraşdırılma vaxtı açıqlandı

Türkiyə Rusiyadan aldığı "S-400" zenit-raket komplekslərinin quraşdırılacağı vaxtı açıqlayıb. Bu 2019-cu ilin oktyabrında başlayacaq. Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, komplekslərin quraşdırılması ilə məşğul olacaq heyət gələn ilin əvvəlində təlimlər üçün Rusiyaya yollanacaq və təlimlər başa çatdıqdan sonra komplekslər Türkiyədə fəaliyyətə başlayacaq.

Xatırladaq ki, Rusiya ilə Türkiyə arasında "S-400" komplekslərinin alınması ilə bağlı saziş 2017-ci ilin dekabrında imzalanıb. Türkiyənin bu addımı ABŞ və NATO-nu hiddətləndirib. Adıçəkilən ölkə və alyans hər yolla Türkiyəni bu sövdələşmədən çəkinməyə çağırıblar. Onlar hətta bu alış-verişə görə, hədələrdən də istifadə ediblər.

"Əgər mən Türkiyə olaraq Amerikadan və ya başqa bir NATO ölkəsindən istədiyim silahı ala bilmirəmsə, onda bu silahları haradan tapsam oradan da alacam". İstiPress-in məlumatına görə, bunu Türkiyənin Rusiyadan "S-400" raket kompleksini almasına dəfələrlə etiraz edən ABŞ və NATO-ya cavabında Rəcəb Tayyib Ərdoğan deyib.