Afrikada yeni qadın prezident

25 Oktyabr, 2018 14:20 | Siyasət | Baxış sayı: 51
Sale-Vork Zevde
Sale-Vork Zevde

Ölkəsinin ilk qadın prezidenti oldu

Efiopiya tarixində ilk dəfə qadın prezident seçilib.

IstiPress-in məlumatına görə, bunu Efiopiya Baş naziri administrasiyasının başçısı Fitsum Areqa bildirib.

“Parlamentin hər iki palatası səfir Sahle-Vork Zevdeni dövlət başçısı seçib. Bu şəxs müasir Efiopiyanın tarixində bu vəzifəyə seçilən ilk qadındır”, - o vurğulayıb.

Qeyd edək ki, parlamentin hər iki palatası 2013-cü ildən ölkəyə rəhbərlik edən Mulatu Teşomenin istefasını qəbul edib. Efiopiya Konstitusiyasına əsaən, parlement prezidenti 6 illiyə seçir. O, bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz. Prezident daha çox təmsilçilik funksiyasını yerinə yetirir. Efiopiyada real hakimiyyət Baş nazirə məxsusdur.