Jirinovski yenə od püskürdü

25 Oktyabr, 2017 15:00 | Siyasət | Baxış sayı: 506
Jirinovski
Jirinovski

"Onu 5 illik həbs etmək lazımdır"

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski tanınmış teleaparıcı, Rusiya prezidentliyinə namizədliyini açıqlayan Kseniya Sobçakın Krımla bağlı səsləndirdiyi fikirlərə görə cəzalandırılmasını tələb edib. İstiPress-in TASS-a istinadla verdiyi məlumata görə, deputat ona qarşı cinayət işi açılma sını tələb edib.

"Bu necə ola bilər? Seçkidə iştirak etmək istəyən bir qadın ortaya çıxır və deyir ki, Krım Ukraynanındır. Bu cinayətdir", 

Jirinovskinin sözlərinə görə, Sobçakın dedikləri onun məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilər.  Bununla yanaşı deputat deyib ki, Sobçak hələ prezidentliyə namizəd olmayıb. O həmçinin Mərkəzi Seçki Komissiyasına ondan şikayət edəcəyini də deyib. "Onu 5 il azadlıqdan məhrum etmək lazımdır. O, seçki kampaniyası aparmaq haqqına sahib deyil. Seçki barədə elan dekabrda veriləcək. Onda hamını qeydiyyata alacaqlar. Elə onda da kampaniyalar başlayacaq". 

Xatırladaq ki, Kseniya Sobçak keçirdiyi mətbuat konfransında deyib ki, Krımı beynəlxalq hüquq-nöqteyi-nəzərindən Ukrayna ərazisi hesab edir və Moskva ilə Kiyev istənilən yolla dost münasibətini bərpa etməlidir. Sobçak deyib ki, Krımın öz tərkibinə daixl edilməsi ilə Rusiya 1994-c üildə imzalanan Budapeşt memorandumunu pozub.