Ya hamıya, ya heç kimə! - Ərdoğandan nüvə silahı qərarı

25 Sentyabr, 2019 09:43 | Siyasət | Baxış sayı: 113
Nüvə başlıqlı raketlər
Nüvə başlıqlı raketlər

Türkiyə prezidenti BMT iclasında dünyanın beşdən böyük olduğunu deyib

"İllərdir bu kürsüdən bəşəriyyətin taleyinin məhdud sayda ölkənin ixtiyarına verilə bilməyəcəyini deyirəm. Bir daha təkrar edirəm ki, dünya beşdən böyükdür". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən iclasda bildirib.

Ərdoğan zehniyyəti, qurumları və qaydaları dəyişməyin zamanı çatdığını deyib.

Türkiyə prezidenti nüvə gücünə sahib olan ölkələrdən danışıb. O, deyib ki, vüvə gücünə sahib olan ölkələr ilə bu imkanı olmayan dövlətlər arasındakı ədalətsizlik belə tək başaına kainatdakı balansı pozmaq üçün kifayətdir. "Nüvə silahına sahib olanların olmayanaları təhdid etməsi, kütləvi məhv silahlarının tamamilə yox edilmək əvəzinə hər böhranda əldə bayraq kimi ortaya qoyulması bizi də narahat edir. Bu güc ya hər kəs üçün qadağan edilməli, ya da hər kəs üçün əlçatan olmalıdır. Gəlin insanlığın  rifahı üçün bu məsələni  tezliklə ədalət prinsipləri əsasında həll edək".