Trampa pis xəbər

25 Sentyabr, 2019 09:20 | Siyasət | Baxış sayı: 58
Donald Tramp
Donald Tramp

Nümayəndələr palatası impiçment proseduruna başlayıb

ABŞ Nümayəndələr Palatası prezident Donald Trampa qarşı impiçment proseduruna başlayıb. Bu barədə Nümayəndələr Palatasının spikeri Nensi Pelosi açıqlama verib. O, bildirib ki, Amerika prezidenti də daxil olmaqla heç kim qanundan üstün ola bilməz.

Onun sözlərinə görə, son bir neçə ayda komitlərdə araşdırmalara aparılıb. "Bu həftə prezident Ukraynanın dövlət başçısı Vladimir Zelenskiyə ona siyasi nöqteyi nəzərdən faydalı ola biləcək addımlar atması üçün müraciət etdiyini etiraf edib". 

Bundan əvvəl ABŞ tarixində impiçment proseduru cəmi üç dəfə həyata keçirilib. İmpiçment qaydalarına görə, prosedur federal işçilərin, o cümlədən ABŞ prezidentini vəzifədən uzaqlaşdırmaqla “dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayət və qanun pozuntularında” ittiham edərək mühakimə edilməsini nəzərdə tutur.