“Qafqaz Qartalı"ları atış çalışmaları keçirdi VİDEO, FOTO

25 Sentyabr, 2019 12:32 | Siyasət | Baxış sayı: 43
Atış təlimi
Atış təlimi

Xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdiriblər

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən Bakıda keçirilən “Qafqaz Qartalı - 2019” birgə təlimi çərçivəsində xüsusi təyinatlı qüvvələr avtomat, tapança, snayper tüfəngi və birdəfəlik qumbaraatanlardan xüsusi atış çalışmaları yerinə yetiriblər.

Qarışıq atəş qrupları tərkibində icra edilən atışlar zamanı xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları uğurla icra ediblər.

Xatırladaq ki, təlimdə hava komponentlərindən də istifadə olunmaqla şərti hədəfin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyyə olunması və digər tapşırıqlar yerinə yetiriləcək.

Oktyabrın 1-dək davam edəcək təlimdə Pakistan hərbi qulluqçuları müşahidəçi qismində iştirak edir.