Paşinyanın oğlu Qarabağda döyüldü

25 Sentyabr, 2019 15:00 | Siyasət | Baxış sayı: 87
Paşinyan və oğlu
Paşinyan və oğlu

Erməni nazir oğlunu irəvana qaçırıb

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu xidmət yoldaşları ilə münaqişə səbəbindən İrəvana aparılıb. "Qraparak" qəzeti baş nazirin oğlunun onlar tərəfindən döyüldüyünü yazıb. Nəşr qeyd edir ki, Aşot Paşinyan zabitlərə və xidmət yoldaşlarına irad tutub, onlar barəsində komandanlığa “donos” ötürüb.

Nəticədə xidmət yoldaşları tərəfindən döyülüb. Paşinyanı döyənlərdən biri də erməni terrorunun əsas təbliğatçısı Zori Balayanın nəvəsi olub.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu məlumatı tələsik təkzib edib. Lakin onun açıqlamasından belə nəticə çıxarmaq olar ki, Aşot Paşinyanla həmkarları arasında münaqişə hər halda olub.