Ordumuzun PUA-sı vuruldu? RƏSMİ

25 Sentyabr, 2019 15:13 | Siyasət | Baxış sayı: 313
Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi ermənilərin yaydığı məlumata aydınlıq gətirdi

"Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur". Bu barədə açıqlama Müdafiə Nazirliyindən verilib. 

Məlumatda qeyd edilir ki, Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.

Nazirlik bu məlumatın həqiqətə uyğun olmadığını bildirib. "Təqdim olunan fotodakı PUA-nın hazırda işğal olunmuş ərazilərdə Ermənistan SQ-nin keçirdiyi təlimlərdə “şərti düşmən” hədəfi kimi istifadə edilən kobud formada hazırlanmış maket olduğu istisna edilmir".