Ermənilərin Putin üçün hazırladığı 2 ssenari

25 Sentyabr, 2019 10:47 | Siyasət | Baxış sayı: 170
Vladimir Putin
Vladimir Putin

İrəvan Putini qarşılamağa hazırlaşır, amma...

Artıq Rusiya prezidenti Vladimir Putinin Ermənistan paytaxtına səfəri təsdiqlənib. Amma rus lider cəmi bir neçə saat İrəvanda olacaq. Məqsəd isə Avrasiya İttifaqqının sammitində iştirak etməkdir. 

Erməni nəşri “Politika” öz mənbələrinə istinadla yazır ki, İrəvanda rus lideri qarşılamaq üçün 2 ssenari hazırlanıb. Bunun üçün ciddi hazırlıqlar gedir. Birincisi, rəsmi tədbir. İkincisi, Putin və Rusiyaya qarşı etiraz aksiyaları ilə. Ermənistanın hazırki hakimiyyəti indi aksiyalarda iştirak edəcək gənclərlə danışıqlar aparır. Hər şey hiyləgərcəsinə ermənsayağı olacaq.

Nəşr qeyd edir ki, Paşinyanın partiyasında olan deputatlar bu aksiyalara gürcüləri də cəlb etmək üçün danışıqlar aparırlar.

Bu yolla Ermənistan paytaxtı baş nazirləri Paşinyanın dediyi kimi "mükəmməl əlaqələri olan strateji tərəfdaş Rusiya" liderini qarşılamağa hazırlaşır.