Ərdoğan BMT-də Qarabağdan danışdı

25 Sentyabr, 2019 08:53 | Siyasət | Baxış sayı: 106
R.T.Ərdoğan
R.T.Ərdoğan

“Azərbaycan torpaqlarının işğalı qəbuledilməzdir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunub.

Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən iclasda o bildirib ki,  ədalət və hüzurlu gələcək üçün Cənubi Qafqaz dünyanın problemli bölgələri sırasından çıxmalıdır. 

R. T. Ərdoğan deyib ki, BMT-nin qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də Ermənistanın işğalı altındadır: “Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir”.