Cəbhədə yenə atəş səsləri eşidildi

25 Sentyabr, 2019 09:56 | Siyasət | Baxış sayı: 26
Azərbaycan əsgəri səngərdə
Azərbaycan əsgəri səngərdə

Mövqelərimiz sutka ərzində atəşə məruz qalıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.