Paşinyan ağdır ya qara?

25 Sentyabr, 2018 11:36 | Siyasət | Baxış sayı: 87
Nelson Mandela - sabiq CAR-ın prezidenti
Nelson Mandela - sabiq CAR-ın prezidenti

Erməni lider siyasəti kimdən öyrəndiyini açıqladı

BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Cənubi Afrikanın dövlət və ictimai xadimi Nelson Mandelanın xatirəsinə həsr olunan sülh sammiti başlayıb.

İclasda Ermənistanın yeni baş naziri Nikol Paşinyan da çıxış edib. Erməni nazir Mandeladan çox şey öyrəndiyini deyib.  “Mən Mandeladan çox şey götürmüşəm”.

Amma maraqlı bir məqam var. Bir müddət öncə İrəvanda keçirilən mitinqdə çıxış edən erməni nazir deyib ki, paytaxtda indi ağlar ilə qaralar arasında mübarizə gedi. Təbii ki, özünü, öz tərəfdarlarını ağlara aid edib. Qaralar isə onun siyasi rəqibləri olublar. Mandela isə hamının bilddiyi kimi qaradərili Afrika lideri olub. 

Amma Paşinyanın hər işi belədir - sözü ilə əməli üst-üstə düşmür. Bir söz deyir, başqasını edir. Bu da ermənilərin milli xüsusiyyətlərindən irəli gəlir.